AMM.AZNET.ORG

WWW.AMM.AZNET.ORG

TƏŞKİLAT HAQQINDA MƏLUMAT

Bizə xəbər verin!

Məktublarınızı gözləyirik

modern@internews.az 

Open Society Institute - Assistance Foundation/Azerbaijan

 

Rəmzi Anayasa Məhkəməsi

Azərbaycanı Modernləşdirmə Mərkəzi (AMM) 1995-ci ilin Oktyabr ayında bir qrup filosof, sosioloq, kulturoloq və jurnalistlərin təşəbbüsü ilə yaranıb. 

Mərkəzin məqsədi modernləşmə, demokratiyaya keçid problemlərinin çözümündə xarici ölkələrin təcrübəsindən istifadə etmək, həmin problemlərin həlli üçün tövsiyyələr paketi hazırlamaq olub.

1996-cı ilin mayında AMM “Azərbaycanın keçid dövründəki problemlərinə adekvat şüur axtarışları” adında proyekt hazırlamış və onu “İnam” Plyuralizm Mərkəzi ilə birlikdə reallaşdırmışdır. Proyektin çərçivəsində monitorinq, sosioloji sorğu aparılıb, konfrans keçirilib. Bütün bunların materialları geniş şəkildə mediyada işıqlandırılmış və sonda eyni adlı kitab çıxarılmışdır.

1998-ci ildə AMM Dinlərin Görüş Mərkəzi ilə birlikdə Azərbaycanda dinlərə münasibətlə bağlı sosioloji sorğu keçiib.Başqa bir sorğu 1999-cu ilin Noyabrında aparılıb. Həmin sorğu “Mürəkkəb və çətin situasiyaları azərbaycanlılar necə qavrayırlar” mövzusuna hasr olunmuşdu.

1998-ci ildə AMM-in proyekti əsasında onunla Demokratiya və İnsan Haqları komitəsi “Öz İnsan Haqlarını necə qorumalı” adında proqramı gerçəkləşdirmişdir. Sonda “Haqları necə qorumalı” (nə etməli, nəyi bilməli) kitabı çap olunub.

1999-cu ildə AMM “Bələdiyyə seçkilərinə seçki platforması” mövzusunda proyekt hazırlamışdır. Proyektin çərçivəsində “Tərəfsiz namizədlərə üç örnək” adlı kitab buraxılmış və 6 bölgədə seçki platformasını hazırlamaqla bağlı treninq keçirilmişdir.

1999-cu ilin Oktyabrında AMM BMT-nin Resurs Mərkəzində “Qafqaz proseslərinin perspektivi” adında konfrans keçirmişdir. Konfransda Rusiya səfirliyinin, Çeçenistan nümayəndəliyinin rəsmiləri, alimlər, siyasətçilər və jurnalistlər iştirak etmişdilər.

2000-ci ildə AMM “Seçki vədləri üzrə “Yalan Detektoru” adında proqramı gerçəkləşdirərərk Mingəçevir, Sumqayıt, Bərdə və Bakı bələdiyyələri üzrə monitorinq aparmış və nəticələri “Yalan Detektorunda” bələdiyyələr” kitabında çap etmişdir.